Niderlandda Nizami Gəncəvidən proqram hazırlandı

Niderlandda Nizami Gəncəvidən proqram hazırlandı
16 fevral 2021
# 14:40

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "YouTube" kanalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş proqram yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli söz və fikir ustadının anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncam verdiyini xatırladan onlayn proqramın aparıcısı, Niderland Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkının qonağı Almaniyada yaşayan yazıçı Orxan Aras olub.

Nizami Gəncəvinin qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb-yaratdığı barədə ətraflı məlumat verən Orxan Aras bildirib ki, görkəmli şairin “Xəmsə”si dünya ədəbiyyatına ciddi təsir edib, böyük ədəbi məktəbin bünövrəsini qoyub. Bunu Məhəmməd Füzulinin, Cəlaləddin Rumi Mövlanənin, Əlişir Nəvainin, Sədi Şirazinin və digər klassik şair və mütəfəkkirlərin əsərlərindən hiss etmək olur. Onun üslubunun, parlaq xitabətinin Avropanın Dante, Şekspir, Höte və Şiller kimi dahi şairlərin üslubu ilə müqayisə olunduğu vurğulanıb.

Tədbir zamanı N.Gəncəvinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışılıb. Müzakirələrdə Nizami Gəncəvinin əsərlərinin bir çox müasir Avropa şərqşünaslarının da yaradıcılıq fəaliyyətinə müsbət təsirindən söhbət açılıb.

Nizami Gəncəvinin insanları daimi əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin irs qoyub getdiyi qeyd edilib, diaspor təşkilatlarının və soydaşlarımızın yaşadıqları ölkələrdə dahi şairin yaradıcılığını dərindən öyrənmələrinin və təbliğ etmələrinin vacibliyi bildirilib.

# 2720 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər