Nazir teatrların açılacağından danışdı

Nazir teatrların açılacağından danışdı
2 iyul 2021
# 13:34

İyulun 1-də mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, teatrın bədii rəhbəri-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov nazirə mədəniyyət ocağının uğurları, repertuarda olan tamaşaları, texniki imkanları haqqında məlumat verib.

Ölkədə mədəniyyət sahəsinin inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında mühüm vəzifələrin qoyulduğunu qeyd edən Anar Kərimov dövlətin bu sahəyə diqqət və qayğısından söz açıb. O bildirib ki, Mədəniyyət Nazirliyi teatr sahəsində islahatları özünün ən vacib, prioritet istiqamətlərindən biri hesab edir.

Nazir əlavə edib ki, bir əsrdən çox tarixi olan Akademik Milli Dram Teatrında böyük sənətkarlar çalışıb, teatrda Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri tamaşaya qoyulub, bu səhnədə təqdim olunan tamaşalar eyni zamanda bizə tariximizi, ədəbi irsimizi tanıdıb, mənəvi dəyərlərimizi, milli kimliyimizi təlqin edib.

Pandemiyanın, mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə zərbə vurduğunu, yaradıcı fəaliyyəti məhdudlaşdırdığını deyən Anar Kərimov tezliklə teatr müəssisələrinin fəaliyyətə başlayacağına və öz tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcəyinə ümid etdiyini bildirib.

Xalq artistləri Nurəddin Mehdixanlı və Rafiq Əzimov çıxış edərək teatrın müasir cəmiyyətin həyatında oynadığı mühüm roldan danışıb, mədəniyyət nazirinə kollektivlə görüşdüyü üçün təşəkkürlərini bildiriblər.

# 2535 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər