Nar haqqında şeirlər kitab oldu - Foto

Nar haqqında şeirlər kitab oldu - Foto
2 dekabr 2019
# 09:49

Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi olan “Ulduzlu nəşrlər” seriyasından gənc yazar Səxavət Sahilin “Nar ağacının nəğmələri” adlı şeirlər kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitabda müəllifin nar silsiləsindən olan şeirləri toplanıb. Hər bir şeirdə nar və onun nəsnələri müxtəlif formada əksini tapıb. Misralarda öz “qabığından” çıxaraq maddi və qeyri-maddi obrazlara köçən nar, çiçəklər, budaqlar, dənələr bəzən də şərab kimi cilddən-cildə düşərək ayrı-ayrı biçimdə təzahür edir, insanın, təbiətin və dünyanın rəmzi kimi çoxmənalı ifadələrə çevrilir.

“Təhsil” nəşriyyatı çap olunub kitabın redaktoru Rəbiqə Nazimqızı, “Ulduzlu nəşrlər” layihəsinin rəhbəri Qulu Ağsəsdir.

Kitab müəlifin sayca 3-cü kitabıdır, bunda əvvəl onun “Hər zaman və heç vaxt” şeirlər və “İsanın qadını” romanı çap olunub.

“Nar ağacının nəğmələri” kitabını “Ulduz” jurnalının noyabr sayı ilə birlikdə köşklərdən əldə etmək olar.

# 7525 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər