Nağıl müsabiqəsinə qəbul başa çatdı

Nağıl müsabiqəsinə qəbul başa çatdı
13 may 2020
# 15:01

Dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə özünəməxsus töhfələr verməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da azyaşlılara bağlı nağıl müsabiqəsi keçirirdi. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılıq etdiyi nağıl müsabiqəsinə əsər qəbulu başa çatıb.

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Kulis. Az saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı bu müsabiqə 7-13 yaş arası uşaqları əhatə edirdi.

Uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam etdi.

Uşaqların böyük marağına səbəb olan müsabiqəyə 400-ə yaxın nağıl təqdim olunub.

Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti hazırda nümunələri oxuyub dəyərləndirirlər. Ümumilikdə 10 nağıl müəllifinin seçiləcəyi müsabiqənin şərtinə görə ilk iki yerin sahibini münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.

Həmçinin ilk üçlükdə yer alan nağıllar əsasında tamaşa da hazırlanacaq. Belə ki, “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatrsevərlərin ixtiyarına veriləcək.

Sonda onu da qeyd edək ki, müsabiqənin ilkin nəticələri mayın sonunadək elan olunacaq.

Teatrın mətbuat xidməti

# 3346 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər