Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı Daşkənddə 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı Daşkənddə 
26 iyun 2020
# 10:53

Daşkənddə “Azərbaycan Demokratik Respublikası və müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı özbək dilində çap olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2018-ci ildə “Azərbaycan Xalq Cümhuriyyət İli” münasibətilə başladığı nəşr layihəsini bu il uğurla başa çatdırıb.

Nəşr filologiya elmləri doktorları Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı və Alxan Bayramoğlunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı əsəri əsasında hazırlanıb.

Kitabı Özbəkistanın Termez Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı, tərcüməçi Obidjon Şofiyev özbək dilinə çevirib.

Nəşrdə həm 1918-1920-ci illər, həm də 1980-ci ildən başlayaraq 2015-ci ilə qədər Azərbaycan ədəbiyyatında nəsr, poeziya, dramaturgiya, habelə yeni ədəbi cərəyanlar, ədəbiyyatşünaslıq məsələləri öz əksini tapıb.

2018-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar AMM bu layihəyə start verib və müvafiq istiqamətdə bir sıra işlər görülüb.

Kitabdan Özbəkistan universitetlərinin türkologiya kafedralarında, həmçinin dünya və qardaş xalqlar ədəbiyyatının tədrisində istifadə olunacaq. AMM kitabı Özbəkistanın aparıcı universitetlərinə və kitabxanalarına hədiyyə edəcək.

# 3627 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər