Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı

Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
27 oktyabr 2020
# 16:19

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Əsgərə məktub” layihəsinə qoşulub.

Teatrın rəhbər heyəti başda olmaqla, qurumun əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada fəal iştirak edirlər. Əməkdaşlarımız böyük ruh yüksəkliyi və həvəslə yazdıqları hər bir məktubda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza güvəndiklərini bildirirlər. Hər kəs öz hisslərini, sevgi və sayğılarını bir cür ifadə etməyə çalışıb. Hətta aktyorlardan bəziləri baməzə yumorlar, başlarına gələn maraqlı əhvalatları da məktublarda qeyd ediblər ki, əsgərlərimizin xoş ovqatını daha da artırsınlar.

Bu sözləri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib.

Qeyd edib ki, “Əsgərə məktub” layihəsi teatrda böyük coşqu ilə qarşılanıb və uğurla davam etdirilir: “Mən özüm də əsgərə məktub yazdım və ona inamımı, onunla şərəf və qürur duyduğunu bildirdim. Qeyd edim ki, bundan öncə də teatr kollektivi Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat məbləğində pul vəsaiti ianə edib və könüllü olaraq göstərdikləri bu yardımı yenə də davam etdirirlər. Qarabağ Azərbaycandır! Yaşasın qüdrətli Ordumuz! Tanrı əsgərlərimizi və Müzəffər Ali Baş Komandanımızı qorusun! Musiqili Teatrın kollektivi Ali Baş Komandana inanır, əsgərlərimizlə qurur duyur. Qələbə günü uzaqda deyil!”

# 3701 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər