Musiqili Teatr Xocalı haqqında film çəkdi - Video

Musiqili Teatr Xocalı haqqında film çəkdi - Video
24 fevral 2021
# 18:56

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində qısametrajlı film çəkib.

Teatrdan Kulis.az-a verilən məlumata görə, Mədəniyyət Nazirliyinin Xocalı soyqırımının 29-cu ildönümünə həsr etdiyi tədbirlər planına əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissorları H.Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyasına qoşulub.

Teatrın rejissorları Samir Qulamovun "Əsirlikdən qayıdan lampa", Cavid İmamverdiyevin "Xocalıya ədalət", Anar Babalının "Məktub yetişdi", Ərtoğrul Kamalovun "Xocalı" qısametrajlı filmlərinin ümumi məzmunu mənfur düşmənlərin Xocalıda törətdikləri vəhşilikləri bir daha geniş kütləyə çatdırmaq olsa da, onlar bu dəfə mövzuya qalib xalqın nümayəndələri kimi yanaşıblar.

“Əsirlikdən qayıdan lampa” filmində qalib əsgərin illər sonra işğaldan azad olmuş Xocalı torpağında öz doğma evinə qovuşması səhnəsi göstərilir. Vaxtı ilə yaşadığı evlərindən tapdığı lampa onun itirilmiş illərini bir bir göz qırpımında geri qaytarır, xatirələrini oyadır...

“Xocalıya ədalət!” qısametrajlı filmində faciə qurbanlarının əziz xatirəsi “Ana harayı” abidəsi önündə anılır. Anma mərasimində iştirak edən bütün insanların qəlbindən sanki bu sözlər, bu nidalar keçir: “Ruhunuz şad olsun, əzizlərimiz! Qanınız yerdə qalmadı, qisasınız alındı!”

“Məktub yetişdi” qısametrajlı filmində bir məktəblinin ordumuzun əsgərinə ünvanladığı məktubdan bəhs edilir. Qələbə ruhlu müzəffər əsgər cavab məktubunda uşağın arzu və istəklərini yerinə yetirdiyini bildirərək onun körpə qəlbini sevindirir... Qeyd edək ki, filmdə əsgər rolunu 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş Əliqulu Hüseynov canlandırmışdır. Vətən eşqi ilə keçdiyi döyüş yolları ona Azərbaycan əsgərinin real obazını canlandırmaqda kömək edir.

“Xocalı” filmində də ötən illərin ağrı-acısı xatırlanır, Ali Baş Komandanın əmri, şanlı ordumuzun dəmir yumruğu ilə 44 günlük şanlı zəfər tariximizi əks etdirən qürurverici kadrlara xüsusi yer verilir.

Teatrın aktyorları – Mehriban Zaliyeva, Ruslan Mürsəlov, Nicat Əli, Güldanə Əzimova, Şaban Cəfərov, Hidayət Əliyev, balet artisti İnarə Kərimova və başqalarının iştirak etdiyi videoroliklərdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin törətdikləri dəhşətləri əks etdirən dəqiq statistik məlumatlar da yer alıb.

Xatırladaq ki, Akademik Musiqili Teatrının Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar hazırladığı bu filmlər fevralın 24-dən etibarən sosial şəbəkələrdə nümayiş olunacaq. İzləməyi unutmayın! Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin bədii rəhbərliyi ilə hazırlanan bu layihələrin hər biri hər kəs üçün maraqlı olacaq.

# 2967 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər