Musiqili Teatr Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Musiqili Teatr Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
7 oktyabr 2020
# 15:30

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 13 min 627 manat məbləğində pul vəsaiti ianə ediblər.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə teatrın bütün kollektivi – sıravi işçisindən tutmuş Xalq artistlərinə qədər, hamı bu təşəbbüsdə iştirak etmək üçün teatr rəhbərliyinə ərizə ilə müraciət edərək, əmək haqlarının müəyyən bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsinin təmin olunmasını istəyiblər. Bu xeyirxah və qürurverici missiyada iştirak etməkdən məmnun olduqalarını bildirən kollektivin üzvləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, qəhrəman ordumuzun yanında olduqalarını vurğulayıblar.

Ərizə ilə müraciət edənlər “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Bütün erməni milləti əsgərlərimizlə görüşdə kövrələn, əziz Mehriban xanımın, şəhid analarının göz yaşlarının bir giləsinə belə dəyməz!”, “Haqq yolumuzda qələbə bizimdir!”, “Əsas ordumuzun ruh yüksəkliyidir, o da zirvələrdədir!” fikirlərini səsləndiriblər, işğalda qalan ərazilərimizin azadlığı uğrunda Vətən müharibəsində şanlı ordumuza ürəkdən inandıqlarını bildiriblər.

Teatr kollektivinin könüllü olaraq göstərdiyi yardım davam etdirilir. /azertag.az/

# 3276 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər