Murad Arif Xalq artistindən danışdı: "Başqalarının pulunu saymaq ədəbsizlikdir"

Murad Arif Xalq artistindən danışdı: "Başqalarının pulunu saymaq ədəbsizlikdir"
24 dekabr 2019
# 14:37

"Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil"

Kulis.az xəbər verir ki, bu fikirləri Murad Arif müğənnilərin qonorarının sosial şəbəkədə müzakirə mövzusuna çevrilməsinə etiraz olaraq bildirib:

“Camaat böyük heyətlə oturub strategiya cızır, plan qurur. Bilin ki, ilə yox-yox 3-4 video çıxaran, onu promo edən, azı 2-3 konsert verən müğənni, 250-300.000 azn pul xərcləyir. Hərdən ziyanımıza da işləyirik... Olur! Özüm (hələ mahnılarımı özüm yazaraq) 2014-2018 arası yazdırdığım, çəkdirdiyim bütün işlərə 240.000 azn xərcləmişəm bəlkə. Hər çıxartdığımız iş də müsbət nəticə vermir, pul geri gətirmir. Tutmayan nəğmələr də olur. Xüsusən ilk il risklə çalışdım. Şəxsən 2 il kirayədə yaşadım, amma mahnılarıma və arzularıma güvəndim...Məndən 3-5 qat artığını da Miri, Aygün, Tunzalə, Röya və daha bir neçəsi xərcləyir. Qonorarları müzakirə edəndə, bir bunu da deyin də... Niyə demirsiniz ki, bu adamların sayəsində bütöv bir sektor işləyir, yaşayır, dolanır?

Murad Arif başqalarının qonorarının müzakirəsini gündəmə gəlmək üçün rahat yol adlandırıb:

"Daha bəziləri kimi, o kanal sənin, bu kanal mənim, hər dəxilsiz mövzuyla, repetuarın, öz hitlərin olmadan, sənətə pul xərcləmədən gündəm olmağa nə var ki? Başqasının pulunu saymaq, iş prinsipini tənqid etmək ədəbdən deyil... Etməyin!”

Xatırladaq ki, bir neçə gün əvvəl meyxanaçı Samirənin efirdə Xalq artisti Miri Yusifin yarım saatlıq toy qonorarını açıqlaması və sənətçinin kasıb toylarda iştirak etmədiyini bildirməsi sosial şəbəkədə xeyli müzakirəyə səbəb olmuşdu.

# 4212 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər