Məşhur polyak romanı Azərbaycan dilində - İlk dəfə

Məşhur polyak romanı Azərbaycan dilində - İlk dəfə
28 dekabr 2020
# 13:30

Dövlət Tərcümə Mərkəzi görkəmli polyak yazıçısı və publisisti Rışard Kapuşinskinin “Şahənşah” kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, kitab ötən yüzillikdə İranda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdən, Pəhləvilər hakimiyyətinin tədricən xalq arasında dayaqlarını itirməsindən və süqutundan bəhs edir.

Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib.

Kitabın orijinaldan tərcümə müəllifi Vilayət Quliyev, redaktoru Mahir N.Qarayevdir. Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Qeyd edək ki, 1932-ci ildə Polşanın Pinsk şəhərində anadan olan Rışard Kapuşinski Varşava Dövlət Universitetində təhsil alıb. Gənc yaşlarında mətbuatda çalışıb. Jurnalist fəaliyyəti ilə əlaqədar dəfələrlə Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrinə səyahət edib. 1970-ci ildən Parisin “Mədəniyyət” jurnalı ilə əməkdaşlıq edib. Xarici ölkələrdə məşhur olan “İmperator” əsərinin müəllifidir. Oçerklərdən ibarət üç kitabı – SSRİ-nin son illərindən bəhs edən “İmperiya” (1993), “Qara ağac” (1999) və “Heredotla birgə səyahət” (2004) ayrı-ayrı illərdə Polşada “İlin kitabı” nominasiyası üzrə qalib elan edilib. “Beynəlxalq jurnalistlər”, “Höte”, “Viareco”, “Elza Morante” və digər beynəlxalq mükafatların laureatıdır. “Qızıl Xaç” və Polşanın “Dirçəliş” ordeninə layiq görülüb. Namizədliyi bir neçə dəfə Nobel mükafatına irəli sürülüb.

Rışard Kapuşinski 2007-ci ildə Varşava şəhərində vəfat edib.

# 3159 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər