Məşhur pişik Bob öldü

Məşhur pişik Bob öldü
17 iyun 2020
# 17:52

Küçələrdə yaşayan Ceyms Bouenin həyatını dəyişdirən, satılma rekordu qıran “Bob adlı küçə pişiyi” adlı kitabın mövzusu olan və haqqında film çəkilən məşhur pişik Bob öldü.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Ceyms Bouenin İngiltərədə çox satılan kitabı “Bob adlı küçə pişiyi” adlı kitabın qəhrəmanı pişik Bob 14 yaşında öldü. Bobun ölümü sözügedən kitabın nəşriyyatı tərəfindən təsdiqlənib.

Xatırladaq ki, Bouenin tərk edilmiş və yaralı pişik Bob ilə ilk tanışlığı 2007- ci ildə baş verib. Bouen, Bobun hekayəsindən bəhs edilən kitabı 2012- ci ildə nəşr etdirib. 2016- cı ildə isə Lyuk Tredaveyin rol aldığı film ekranlaşdırılıb. 2019- cu ildə isə filmin davamı olaraq çəkilən “Bobdan gələn hədiyyə” filmi ilə izləyicilərin görüşünə gəlib.

Bouen ölən pişiklə bağlı bunları söyləyib: “Bob mənim həyatımı xilas etdi. Bir əməkdaşlıqdan daha artığını verdi mənə. Kitablarımız, filmlərimiz, əldə etdiyimiz uğurlar möcüzə idi. Minlərlə insanla tanış oldu, milyonlarla həyata toxundu. Onun kimi bir pişik yoxdur və heç vaxt olmayacaq. Həyatımın işığı getmiş kimi hiss edirəm. Onu əsla unutmayacağam”

Gallery

# 4342 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər