Məşhur jurnal İkinci Qarabağ müharibəsinə həsr olundu

Məşhur jurnal İkinci Qarabağ müharibəsinə həsr olundu
6 fevral 2021
# 10:49

Türkiyədə nəşr olunan “Yerli düşüncə” jurnalı fəaliyyətinin yeddinci ilində xüsusi buraxılışını İkinci Qarabağ müharibəsinə həsr edib.

Hər ay müxtəlif sahələrə aid mütəxəssis yazıları, reportajlar, aktual mövzularda zəngin məzmunlu məqalələrlə çıxış edən jurnalın hazırkı buraxılışında Ermənistanın hücumları ilə başlayıb, Azərbaycanın qələbəsi ilə sona çatan İkinci Qarabağ müharibəsini əhatə edən geniş səpkili materiallar dərc olunub.

Jurnalda Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimin geniş müsahibəsi ilə yanaşı, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun, Türkiyənin Bakıdakı səfiri Erkan Özoralın, general-mayor Yücel Karauzun, Milli Məclisin deputatı Sona Əliyevanın, professor Ertuğrul Yamanın, Kamal Öztürkün, Servet Avşarın, Fatma Sönmezin, yazıçı Metin Sakınçın və yazıçı-jurnalist Şəhla Aslanın məqalələri yer alıb.

Qeyd edək ki, jurnalın fəxri prezidenti Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, baş redaktoru Türkiyə Böyük Millət Məclisinin üzvü Metin Gündoğdudur./azertag.az/

# 3115 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər