Məşhur fransız yazıçının əsəri çap olundu

Məşhur fransız yazıçının əsəri çap olundu
22 iyul 2020
# 17:01

"Qanun" Nəşrlər Evində Fransız yazıçı Antuan de Sent-Ekzüperinin "Adamların planeti" adlı yeni kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, yazıçının Böyük Səhra və And dağlarında yaşadığı, orada pilot kimi fəaliyyət göstərdiyi vaxtlarda başına gələn macəralarını, unudulmaz xatirələrini özündə əks etdirən “Adamların planeti” əsəri özünün duyğusallığı baxımından “Balaca şahzadə” əsərindən heç də geri qalmır. Həmçinin bu əsər Ekzüperinin həm yazıçı, həm pilot, həm də filosofluq qabiliyyətini bir daha aydın şəkildə oxuculara göstərir.

“Təyyarə məqsəd deyil, o yalnız alətdir. Kotan kimi bir alətdir... Əlbəttə, təyyarə maşındır, üstəlik də idrak alətidir. Yerin həqiqi sifətini bizə o açdı. Təyyarə bizə dümdüz irəliləməyi öyrətdi. Biz Yerdən aralanan kimi göllərə və pəyələrə gedən, yaxud şəhərdən şəhərə uzanan yolları tərk edirik. İndi bizə əziz olan qulluqdan azadıq, artıq bulaqlardan asılı deyilik, uzaq yerlərə istiqamət götürürük. Yalnız indi, hündürdən düzünə uçuş zamanı yerimizin həqiqi əsasını, qayalardan, qumdan, duzdan ibarət təməlini görürük, bu təməl üzərində, xarabalıqlardakı mamır kimi, orda-burda həyat çiçəklənir.”

Kitabın tərcüməçisi Cəfər Bağırdır.

Gallery

# 3593 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər