Məşhur caz ustası Bakıda konsert verəcək

Məşhur caz ustası Bakıda konsert verəcək
23 yanvar 2020
# 16:53

Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi Dayan Rivs (Dianne Reeves) konsert verəcək.

Mərkəzdən Kulis.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal “R&B” üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.

Dayan Rivs, həmçinin Corc Kluninin altı “Oskar” qazanmış “Gecəniz xeyrə və uğurlar” (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə “Qremmi”yə layiq görülüb.

Onun sonuncu “Gözəl həyat” (“Beautiful Life”) albomu 2015-ci ildə “Qremmi” alıb.

Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib. Truba ifaçısı, bəstəkar Uinton Marsalis və Linkoln Mərkəzinin Caz Orkestri ilə birgə ifalarını yazdırıb, səhnəyə çıxıb. O, həmçinin Daniel Barenboimin dirijorluğu ilə Çikaqo Simfonik Orkestri ilə çıxışını lentə aldırıb, Berlin Filarmoniya orkestrinin solisti olub.

Dayan Rivs Los-Anceles Filarmoniyasının caz üzrə ilk bədii rəhbəri və məşhur Uolt Disney konsert zalında çıxış edən birinci vokalist olub.

O, Berkli Musiqi Kolleci və Culyard Musiqi Məktəbinin fəxri doktoru dərəcəsini alıb. 2018-ci ildə ABŞ-ın Milli İncəsənət Fondu Dayan Rivsi ABŞ-da caz ifaçıları üçün ən yüksək təltifə –“Caz ustası” (“Jazz Master”) adına layiq görüb.

Heydər Əliyev Mərkəzindəki konsertin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

# 3652 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər