Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi

Məşhur aktyor 8 il azadlıqdan məhrum edildi
8 sentyabr 2020
# 15:24

Rusiyanın məşhur aktyoru Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu ilin iyun ayında paytaxtın “Sadovoe koltso” ərazisində avtomobili ilə insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən aktyor Mixail Yefremovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Moskvanın Presnenskiy Rayon Məhkəməsi alkoqollu vəziyyətdə sükan arxasına keçən və insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən məşhur aktyor barəsində hökm çıxarıb. Hökmə əsasən, M. Yefremov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib .

Yefremov məhkəmə prosesi zamanı günahını etiraf etməyərək, qəza zamanı sükan arxasında olmadığını bildirib. Məhkəmə onun barəsində hökm çıxararkən aktyorun günahını etiraf etməyini də vurğulayıb.

Qeyd edək ki, M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. Paşayev məhkəmə prosesi müddətində aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa və şahidin olduğunu bildirsə də, məhkəmə vəkilin vəsatətini təmin etməyib.

# 3556 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər