Məşhur aktrisa atası haqqında film çəkdi

Məşhur aktrisa atası haqqında film çəkdi
26 avqust 2020
# 11:50

Rusiyanın Xalq artisti Sergey Bondarçuk haqqında sənədli film çəkildi.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda rejissor Sergey Bondarçukun anadan olmasının 100 illiyinə həsr olunmuş "Planet Bondarchuk" festivalı rejissorun uşaqlığından bəhs edən qısametrajlı filmin premyerası ilə açılacaq. Filmin rejissoru və ssenari müəllifi rejissorun qızı, Rusiyanın əməkdar artisti Natalya Bondarçukdur.

Bundan başqa sərgidə Bondarçukun filmlərindən, iş anlarından və şəxsi həyatından bəhs edən sənədlər, fotoşəkillər təqdim olunacaq. Sergey Bondarçukun filmlərinin nümayişi avqustun 25-dən sentyabrın 25-dək parkda keçiriləcək, qəbul pulsuzdur. Sərgi isə oktyabrın 15-dək davam edəcəkdir.

Sovet rejissoru və aktyoru, sovet bədii filmi üçün ilk Oskar mükafatçısı Sergey Bondarçuk “Müharibə və Sülh”, “Bir insanın taleyi”, “Vətən uğrunda vuruşdular” adlı məşhur filmlərin müəllifidir.

# 4465 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər