Məmməd Əmin Rəsulzadə haqqında kitab nəşr olundu

Məmməd Əmin Rəsulzadə haqqında kitab nəşr olundu
12 may 2020
# 17:30

"Jeko Print” Çap Evi tərəfindən Aydın Balayevin "Məhəmməd Əmin Rəsulzadə və XX əsrin başlanğıcında Azərbaycan millət-dövlətinin yaranması” kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, kitabda müəllifin Londonda çıxan "Caucasus Survey” dərgisinin 2015-ci il 2-ci sayında işıq üzü görmüş və M.Ə. Rəsulzadənin XX əsrin başlanğıcında Azərbaycan milli dövlətçiliyinin yaranmasındakı roluna həsr edilmiş məqaləsinin Azərbaycan və rus variantları orijinal mətn ilə birlikdə oxuculara təqdim olunur.

Millətin formalaşması çoxları tərəfindən hələ də kortəbii proses kimi qəbul olunur. Əslində isə, intellektual elitanın formalaşdırdığı milli ideologiya olmadan, millətin təşəkkülü mümkünsüzdür. Bir qayda olaraq, millətin xəyali surət və görünüşü, eləcə də milli maraqlar konsepsiyası məhz bu məhdud çevrədə müzakirə olunaraq ortaya çıxır, daha sonra isə geniş kütlələrə ötürülür. Ziyalılar tərəfindən hazırlanan və milli maraqların ifadə forması olan millətçilik (milli ideologiya), faktiki olaraq "millət quruculuğu” layihəsidir.

Təsadüfi deyil ki, Avropa millətlərinin formalaşmasında siyasətçilər, şairlər, sənət¬çilər, jurnalistlər, tarixçilər və dilçilər önəmli rol oynayıblar. Məsələn, Robert Berns və Valter Skott – şotland, Hans Xristian Andersen və Bertel Torvaldsen – Danimarka, Frederik Şopen, Adam Mitskeviç və Henrik Senkeviç – polyak, Cüzeppe Madzini – italyan, Şiller, Göte və Herder – alman millətinin formalaşmasına böyük təsir göstəriblər.

Bu mənada, milli ideologiyamız olan azərbaycançılığın banisi M. Ə. Rəsulzadə, XX əsrin başlanğıcında Azərbaycanda gedən millətləşmə proseslərində həlledici rol oynamışdır. Kitabda M.Ə. Rəsulzadənin məhz bu istiqamətdəki fəaliyyətindən bəhs edilir. /anews.az/

# 10251 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər