Minlərlə insanı ölümdən xilas edən əsgər: "1917"

 Minlərlə insanı ölümdən xilas edən əsgər: "1917"
13 fevral 2020
# 14:37

Kulis.az Vüsal Bağırlının “1917” filmi haqqında yazısını təqdim edir.

Britaniyalı rejissor Sem Mendesin Birinci Dünya Müharibəsinin qısa dövrünü əhatə edən “1917” adlı filmi ön cəbhədə düşmənlərin geri çəkilməsindən istifadə edərək, hücuma hazırlaşan dəstəyə, bu fikrin tələ olduğunu çatdırmalı və onları hücum fikrindən daşındırmalı olan iki əsgərin, Bleyk və Skofildin taleyindən bəhs edir.

Əgər onlar tapşırığı vaxtında yerinə yetirə bilməsələr 1600 əsgərdən ibarət ingilis batalyonu məhvə məhkum olacaq.

Skofild tapşırıq arxasınca göndərildikləri ilk andanca təhlükələrlə baş-başa qalır. Əvvəlcə əlini yaralayır, sonra, blindajdakı partlayış zamanı möcüzə sayəsində sağ qalır, nəhayət torpaq qatı altında qalsa da, dostu tərəfindən xilas edilir.

Biz Skofildin nə qədər bəxtsiz, dostunun isə şanslı biri olduğunu, bütün maneə və təhlükələrdən sağ-salamat çıxdığını düşündüyümüz anda, Bleyk, qəzaya uğrayan alman pilot tərəfindən, sırf təsadüf nəticəsində həlak olur.

Sonra, Skofild yeni ölüm sınaqlarından gülləbaranlardan, yağış kimi yağan top mərmilərindən, əlbəyaxa döyüşlərdən də qurtulur və tapşırığı uğurla yerinə yetirir. Beləliklə, ingilis batalyonu xilas olunur.

Filmi seyr etdikcə, həyat qəribəliklərini, təzadlarını da hiss edirsən. Bəli, bəzən kəskin zərbə gözlədiyin, keçilməz çətinliklə rastlaşacağını düşündüyün məqamda, məqsədə çox asanlıqla nail olursan. Maneələr heç gözləmədiyin halda asanlıqla dəf edilir.

Bəzən isə, yolun rəvan gedildiyi zaman, çökəyə düşüb büdrəyirsən. Qarşıda düzənlikdir, fəqət duman içərisindən peyda olan qəfləti zirvə qarşını kəsir.

“1917” filmi ilə məşhur “Sıravi Rayanı xilas edərkən” filmi arasında bəzi oxşarlıqlar var. Belə ki, birinci filmdə iki əsgərin düşmən arxasında olan böyük batalayonu, ikinci filmdə isə kiçik rotanın sıravi əsgəri xilas etməsi missiyasından bəhs olunur.

Tarixin bəlli anını təsvir edən “1917” filmi, istər əsgərlərin geyimin, silah-sursatın düzgün seçilmə bacarığı, görünüşü, istərsə də təbiət mənzərələri cəhətdən Birinci Dünya Müharibəsinin döyüş, savaş ab-havasını canlı şəkildə tamaşaçılara təqdim edir.

Gallery

# 4753 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər