Millət vəkilindən Xalq yazıçısına sərt sözlər: “Əsərləri 3 günə unudulur”

Millət vəkilindən Xalq yazıçısına sərt sözlər: “Əsərləri 3 günə unudulur”
13 sentyabr 2020
# 09:44

Millət vəkili Etibar Əliyev Xalq yazıçısı Çingiz Abdullayevin məlum yazısı ilə bağlı fikirlərini bölüşüb. O, özünün Fb hesabında polemik fikirlər paylaşaraq yazıb:

“Çingiz Aytmatovla Çingiz Abdullayevin romanlarının janrları başqadır. Çingiz Aytmatovun əsərləri dünya durduqca oxunacaq. Çingiz Abdullayevin əsərləri isə 3 gündən sonra unudulur. Bu, onun özündən və bizdən asılı deyil. Detektiv janrı tam çöküşə uğrayıb. Detektivi hansı dildə yazırsan, yaz, tərcüməsi də çox asandır. Ancaq Aytmatovun "Tavro Kasandra"sını tərcümə etmək hər tərcüməçinin işi deyil. Abdullayevin bundan sonra intervüləri və dialoqları maraqlı ola bilər. Bəlkə də ən çox detektiv oxuyanlardan biri mən olmuşam. 10 il bundan əvvəl bu janrda olan 100-lərlə kitabları; hətta Çeyzin, Qardnerin, Stautun, Makdonaldın, Ladlemin, Aqata Kristinin, Forsaytın, Şeldonun və ən nəhayyət hörmətli Çingiz müəllimin əsərlərini Bukinistə hədiyyə etmişəm. Elə bilirəm ki, Aytmatov "И дольше века длится день" adlı şah əsərini Azərbaycan dilində yazıb. Detektiv isə makulaturadır...

Çingiz Hüseynova gəldikdə isə elə bilirəm ki, onu da öz dilimizdə oxuyram.”

# 3426 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər