Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı hədələdi: "Məhkəməyə verəcəm!"

Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı hədələdi: "Məhkəməyə verəcəm!"
7 sentyabr 2021
# 12:46

Müğənni Könül Kərimova Kulis.az-a müsahibəsində mərhum əməkdar artist Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən “Laçınım” mahnısının özünə məxsus olduğunu söyləyib.

O, bunu bir neçə nəfərin-Manaf Ağayevin, Elşad Qarayevin, Yusif Mustafayevin, Vasif Məhərrəmlinin bildiyini deyib. Lakin V.Məhərrəmli və Y.Mustafayev məsələdən xəbərdar olmadıqlarını bildiriblər.

Mövzu haqda danışan M.Kazımovun oğlu Rəşid Kazımov “Laçınım” əsərini atasının yazdığını xüsusi vurğulayıb:

“Könül xanım bəstəkar deyil. Buradan ona sual vermək istəyirəm, dediyi kimidirsə, niyə indi mahnı bəstələmir? Özü də danmır ki, onu Məhəbbət Kazımov sənətə gətirdi. K.Kərimovanın yerində başqaları da ola bilərdi. Seçimi belə etdilər, onu qabağa çəkdilər. Bir yerdə işlədilər. Sözügedən mahnının müəllifi atamdır. Hətta mənim şahidlərim də var. O vaxt M. Kazımov tək çalışırdı. Onun adını çəkdiyi insanlar- Yusif Mustafayev, Manaf Ağayev indiki kimi tanınmırdılar. Yadıma gəlir ki, bizim bir obyektimiz var idi, musiqiçilər gəlib-gedərdilər. Həmin şəxslər heç orada olmurdular. Burada suallar yaranır, nə üçün öz rayonlarından bir mahnı ərsəyə gətirə bilmirlər? Konül Kərimova mahnı bəstələmişdisə, niyə M.Kazımov sağ olanda demirdi? Öləndən sonra nə var ki danışmağa... Cəsarəti çatırdısa, özünə güvənən bir bəstəkar idisə, o vaxt deyərdi ki, mən yazmışam.

Axı olmayıb belə bir şey. Ola da bilməz! Ümumiyyətlə, Könül kim idi ki?! Tanınmırdı, onu M.Kazımov məşhurlaşdırdı. Ona görə sağlığında bu sözləri deyə bilməzdi. Bunlar yalandır, mahnı Məhəbət Kazımovundur. “Laçınım”la bağlı bu iddialar davam etsə, məsələni məhkəmədə həll edəcəm. İkimiz də uşaq deyilik. “Onu mən yazmışam, bunu mən yazmışam” deyir. Özü də hər dəfə biabır olur. Çünki insanlar hər şeyi gözəl bilirlər. Ümid edirəm ki, Könül xanım bundan sonra anlayar, çox irəli getməz”. /sherg.az/

# 4883 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər