Mədəniyyət naziri Türkmənistan səfiri ilə görüşüb

Mədəniyyət naziri Türkmənistan səfiri ilə görüşüb
12 fevral 2021
# 16:09

Mədəniyyət naziri Anar Kərimov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyev ilə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, A.Kərimov qədim tarixi əlaqələrə, oxşar mədəniyyətə və adət-ənənələrə malik qardaş xalqlarımızın əsrlərdən bəri dostluq və əməkdaşlıq etdiklərini vurğulayıb, Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Söhbət zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Respublikası Hökuməti arasında 2019-2021-ci illər üçün elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Əməkdaşlıq Proqramı”na toxunulub, iki ölkənin mədəni əlaqələrinin perspektivləri müzakirə edilib, həmçinin həyata keçirilə biləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Türkmənistan səfiri M.İşanquliyev səmimi qəbula görə təşəkkürünü bildirərək mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirmək üçün geniş potensialın olduğunu qeyd edib. Diplomat bu məqsədlə pandemiyadan sonrakı dövr üçün qarşılıqlı kino günlərinin, qastrol səfərlərinin təşkili və birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Türkmənistanın UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

# 3412 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər