Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb

Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
19 aprel 2021
# 16:35

2021-ci ildən Mədəniyyət Nazirliyinin nəşr planının tərtibini və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilini müstəqil şəkildə fəaliyyət göstərəcək “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.

Komissiyanın yaradılmasında məqsəd nazirliyin nəşr planının tərtibində və “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etməkdir.

Hər ilin yanvar ayında Komissiyanın yeni tərkibi təsdiq olunacaq və həmin il üzrə nazirliyin nəşr planının tərtibi və “Nəşrlərin satınalınması müsabəqəsi”nin təşkili başa çatdıqdan sonra Komissiyanın tərkibi buraxılacaq.

Hər ilin sonunda Komissiyanın tərkibi açıqlanacaq və komissiyanın qərarı ilə nəşr planına daxil edilən əsərlərin adları, kitabxana fondlarının təchizatı məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” çərçivəsində alınacaq nəşrlərin siyahısı ictimaiyyətə təqdim ediləcək.

Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə nəşr planın tərtibi və “Nəşrlərin satınalınması müsabiqəsi” başa çatana qədər Komissiyanın tərkibi konfidensial saxlanılacaq.
Cari ilin may ayında “Nəşrlərin satınalınması müsabiqəsi” elan olunacaq.

Qeyd edək ki, builki müsabiqəyə son 2 ildə çap olunan nəşrlər təqdim oluna bilər.

# 3347 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər