Mədəniyyət Nazirliyi evdən işləyənlər üçün müsabiqə elan etdi

Mədəniyyət Nazirliyi evdən işləyənlər üçün müsabiqə elan etdi
15 aprel 2020
# 13:34

Dünyada COVİD-19 pandemiyasının yayılması, demək olar ki, bütün ölkələrin karantin, xüsusi karantin və ya fövqəladə hal elan etməsi həyatın bütün sahələrində fövqəl davranışlar tələb edir. Bunula bağlı dövlət orqanları, özəl təşkilatlar, fərdi şəxslər öz fəaliyyət istiqamətləri üzrə çevik davranış metodlarını tətbiq etməyə başlayıb.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə, ölkəmizdə də xüsusi karantin rejimi elan edildikdən sonra əmək fəaliyyətinin əsas məkanı insanların öz yaşadıqları evləri olub və tətbiq edilən çevik metodlar, internet resurslarından, mövcud texniki vasitələrdən istifadə nəticəsində həyatın bütün sahələrində fəaliyyət təmin edilib.

Xüsusi karantin dövründə Mədəniyyət Nazirliyi öz fəaliyyətini mövcud şəraitə uyğunlaşdırılmış şəkildə davam etdirir. Müxtəlif onlayn layihələr, müsabiqələr, konsertlər təşkil edilir. İdarəçilikdə mövcud texnoloji imkanlardan istifadə edilməklə mobil cihazlar, internet qəbuledicili texniki avadanlıqlar üzərindən həyata keçirilir.

Nazirlik özünün bu qəbildən olan yeni “Evim - yeni iş yerim” layihəsini elan edir. Layihənin məqsədi insanların ev şəraitində öz işlərini qurmasına, məsafədən idarəçiliyin metodları barədə təbliğat, maarifləndirmə işləri aparmaqla mövcud şəraitdə hər kəsi pozitiv əhval ruhiyyəyə səsləmək, ümid və optimizə dəstək olmaqdır.

Layihə çərçivəsində ilkin olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan idarə və təşkilatların iş prinsipi, əldə etdikləri nailiyyətlər videorolik formasında nazirliyin rəsmi facebook səhifəsində #evimyeniişyerim həştəqi ilə nümayiş etdiriləcək. Eyni zamanda təşəbbüslə bağlı ictimaiyyətin nümayəndələrini, müxtəlif təşkilat və şəxsləri işlərini karantin rejimində necə qurmaları ilə bağlı videolarını hazırlamağa və sosial şəbəkələrdə #evimyeniişyerim həştəqi ilə paylaşmağa çağırırıq.

Öz fəaliyyətlərini ən innovativ yeniliklərlə quran, habelə paylaşılan videosu ən çox baxış sayı alan şəxslər, təşkilatlar 25-30 may tarixlərində aparılacaq onlayn monitorinqlərdən sonra mükafatlandırılacaqlar.

# 3138 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər