Mədəniyyət Nazirliyi ResiliArt hərəkatına qoşulmağa cağırır

Mədəniyyət Nazirliyi ResiliArt hərəkatına qoşulmağa cağırır
18 aprel 2020
# 10:03

UNESCO ResiliArt (Dözümlü İncəsənət) hərəkatına start verir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, ResiliArt hərəkatı mədəniyyət sahəsinin aparıcı profesionalları ilə eksklüziv qlobal müzakirə təşkil etməklə yaradıcı sahələrin böhran şəraitində indiki vəziyyətinə işıq salmaq, eləcə də sosial media vasitəsilə həm tanınmış, həm də yetişməkdə olan incəsənət adamlarının səsini və təcrübələrini yaymaq məqsədi daşıyır.
Ümumilikdə hərəkat COVID-19 pandemiyasının bu sektora hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmaq və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.

Hərəkatın açılış debatı aprelin 15-də Ümumdünya İncəsənət Günündə, Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) ilə birgə tərəfdaşlıqda ilə baş tutub. Debatı açılış nitqi ilə UNESCO-nun baş direktoru Audrey Azoulay açıb və onun moderatoru olduğu ResiliArt müzakirələrində UNESCO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone R., Jan Mişel Jarre (bəstəkar, ifaçı, CISAC prezidenti və UNESKO-nun xoşməramlı səfiri), Yasmina Xadra (müəllif), Deeyah Khan (musiqiçi, sənədli film rejissoru və UNESCO-nun xoşməramlı səfiri), Anjelique Kıdjo (müğənni, CISAC vitse-prezidenti və UNİCEF-in beynəlxalq səfiri), Nina Obuljen-Koržınek (Xorvatiyanın mədəniyyət naziri və skripkaçı) və Luis Puenzo (Film rejissoru, ssenarist, prodüser və INCAA-nın prezidenti) iştirak ediblər.

Mədəniyyət sənayesi mütəxəssislərinin hərəkata qoşulmağa və ResiliArt debatlarını öz bölgələrində təşkil etməyə dəvət edilir. ResiliArt hərəkatının məqsədi pandemiya bitdikdən sonra uzun müddət müzakirələrin, məlumat mübadiləsinin və ictimai vəkillik səylərinin davamlılığını təmin etməkdir.

Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) ölkəmizdə olan bütün incəsənət nümayəndələrini, yaradıcı şəxsləri UNESCO-nun ResiliArt hərəkatına qoşulmağa və aktiv iştiraka dəvət edir.

ResiliArt hərəkatı ilə əlaqədar hər hansı suallar üçün UNESCO ilə əlaqə saxlayın: [email protected]

CISAC ilə əlaqə: [email protected] və ya www.cisac.org

# 2789 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər