Kulis ilin yazıçılarını seçdi – Siyahı

Kulis ilin yazıçılarını seçdi – Siyahı
20 dekabr 2019
# 15:55

Kulis.az mədəniyyət portalı 2019-cu ilin yazıçısını, şairini və tənqidçisini seçdi.

Qaliblər “Kulis”in əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən Kulis.az saytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə çap olunan kitablar əsasında seçilib.

Seçilən imzalar aşağıdakılardır:

İlin yazıçısı: Səfər Alışarlı - “Qız və maneken” povest və hekayələr kitabına və “Kulis”də yayımlanan yeni hekayələrinə görə...

İlin şairi: Həmid Herisçi – Kulisdə yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə

İlin tənqidçisi: Elnarə Akimova – Yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Əəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə.

Təqdimat mərasimi dekabrın 25-i saat 15-də “APA Group”un konfrans zalında keçiriləcək.

Xatırladaq ki, Kulis.az mədəniyyət portalı hər ilin sonunda bu ənənəni davam etdirəcək.

# 7965 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər