Kəlbəcərli şairdən qayıdış şeiri – Mətn

Kəlbəcərli şairdən qayıdış şeiri – Mətn
13 noyabr 2020
# 11:01

Kulis.az əslən Kəlbəcərdə doğulan şair Səxavət Kəlbəcərlinin qələbə və qayıdış sevinci ilə yazdığı “Azərbaycan əsgəri” şeirini təqdim edir.

Bu gün bir yeni tarix yaradırıq yazırıq
Azərbaycan bayrağın zirvələrdən asırıq .
Son damla qana qədər vuruşmağa hazırıq
Xalqın, ruhun var olsun, Azərbaycan əsgəri
Tanrı sənə yar olsun, Azərbaycan əsgəri

Şəhidlikdi həyatda zülmət yaran, yol açan
Heç qəti dayanmayın irəlləyin - sonacan...
Düşmənlərin başına bu gen dünya bu cahan
Elə et ki, dar olsun, Azərbaycan əsgəri
Tanrı sənə yar olsun, Azərbaycan əsgəri.

Uğurla başa çatar bu qanlı səfərimiz
Mini ordan öləcək ölsə bir nəfərimiz
Arzumdu tezlik ilə qələbə-zəfərimiz
Bu dünyaya car olsun, Azərbaycan əsgəri
Tanrı sənə yar olsun, Azərbaycan əsgəri

Səxavətəm, dağlara duman gəlim, çən gəlim
Körpəykən ayrılmışdım, indi saçı dən gəlim.
Dəlidağa bayrağı sancmaq üçün mən gəlim
Məndə ixtiyar olsun, Azərbaycan əsgəri
Tanrı sənə yar olsun, Azərbaycan əsgəri

# 4754 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər