Karantində sevişmək üçün darıxanlar

Karantində sevişmək üçün darıxanlar
27 aprel 2020
# 11:39

Karantin günləri yavaş-yavaş yumşaldılır. İnsanlar həyatın axınına qoşulmaq üçün tələsir. Günəş, yaşıllaşan ağaclar, küçələr, yaz yağışları bizi gözləyir.

Evdə qaldığımız günlərdə ən çox dəniz kənarı ilə gəzmək üçün darıxmışam. Dənizin, balıqların qoxusu üçün burnumun ucu göynəyir. Karantin günləri bizə həyatın, yaşamağın nə qədər dəyərli bir şey olduğunu öyrədir. Özümü Tolstoyun İvan İliçi kimi hiss edirəm. Küçəyə çıxıb yaz fəslinin gözəlliyindən, havanın hərarətindən zövq almaq istəyirəm. Elə bilirəm karantin günlərini bir ömür boyu yaşamışam, həyatın ləzzətini almamışam.

Karantin günlərində adamlar müxtəlif şeylər üçün darıxır. Kimi dostları, kimi sevgilisi, kimisi də sevişmək üçün darıxır. Dostum var, deyir sevgilimlə görüşə bilmirəm. Neçə vaxtdı üzünə həsrət qalmışam. Deyirəm, ən çox nəyi üçün darıxmısan, deyir, sevişmək üçün. Sevgilimin bədəninə toxunmaq, hiss eləmək, cuşə gəlmək istəyirəm – deyir, dostum. Hərdən zarafata salıb deyirəm, bu günlərdə psxiologiyan pozular, sevgilini mənə oxşadarsan. Şaqqanaq çəkib gülür.

Bəziləri isə karantinin bitməsini heç istəmir. Onlar bu günlərdə özlərini heç olmadıqları kimi rahat hiss edirlər. İbtidai icma quruluşundakı kimi yaşamaq istəyirlər. İki-üç saatlıq ov üçün mübarizə, qalanı mağara ömrü.

Bu günlər insanlara mütləq ki, bir mesaj verdi. Artıq insanlar dəyişməli, bəzi şeylərin fərqinə varmalıdırlar. Məsələn, internetdən, virtual dünyadan uzaqlaşmalıyıq. Özümüzə, dostlarımıza, həyata daha çox vaxt ayırmalıyıq. Küslü qaldığımız adamlara zəng vurmalı, barışmalıyıq. Təxirə saldığımız şeyləri bu gün eləməliyik. Karantin günləri həm də bizə onu dedi ki, xoşbəxtliyi qazanmaq üçün savaşmalıyıq. Bu yolda əzablara, iztirablara sinə gərməliyik.

Dənizə yaxın qəsəbədə yaşayıram. Havadan yavaş-yavaş yosun qoxusu duyulur.

# 5485 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər