İstəmirəm ürəyini basdırsınlar 

İstəmirəm ürəyini basdırsınlar 
23 fevral 2021
# 09:33

Orxan Məmmədli

Mən dəqiqələrlə suyun altında dayanıb yük olan fikirlərimi yuyuram.

Yəqin oradan da uzun-uzadı yollarla sonuncu ünvanına gedəcəklər...

Və sabah dəniz fikirli olacaq, eşqim.

Torpağa su çiləyəcəklər yəqin Yalçını basdıranda.

Lapatkanı bu alıb ona, o alıb buna ötürəcək.

Molla da bir salavat çəkəcək.

Kimsə ürəyində “Bir zaman çarpan ürəkdik...” deyəcək.

“Əlvida”sında bizə ümid yeri qoyan Yalçın.

Bilirsən, bəy, sənin mahnılarında neçə xatirələr oyanıb, neçə badələr boşalıb, neçə siqaretlər çəkilib?

Bilirsən, axı...

Vaqif Səmədoğlu vəsiyyət eləmişdi ki, öləndə məzarına bir cüt ayaqqabı qoysunlar, ayağı yalınlar geyinib getsin.

Sənin məzarına nə qoyaq, kovboy?

Nə qoyaq ki, ürəyi sevgiylə daşanlar onu götürüb getsin.

Nə?!

İntizarı ovudan nə?

Bilirsən, bəy, mən istəmirəm sənin ürəyini basdırsınlar.

Amma basdıracaqlar.

Və mən yolüstü bir siqaret yandırıb baş daşına danışacam ondan.

Sənin mahnılarında o qədər yollar sürmüşəm ki...

Bir də görmüşəm, pəncərəsinin ağzındayam.

Yaman böyüdüm səninlə, kovboy.

Amma mən heç vaxt karateist olmadım sənin kimi.

Gödəkçəm oldu, köynəyim də...

Fransadakı dostum bağışlamışdı, sepli kurtka, qırçınlı köynək.

Amma mən heç vaxt nə yaxşı, nə pis, nə də qəddar kovboy olmadım.

Yaman olur sənin notlarını sevişdiyinin üzərində barmaqlarınla çalmaq.

O da səni sevirdi.

Yer basmayıb yeriyənim…

Topuğunda sarmaşanda qara saçlım…

Yəqin yığacaq məni

Sağ ol, Yalçın əmi!

“Əlvida”nda da bir ümid yeri var axı.

Dünya bir nəğmə idi...

# 6736 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər