İlqar Əlfioğlu Seymur Baycanın tənqidinə cavab verdi: “Belə yazıları tez-tez yaz”

İlqar Əlfioğlu Seymur Baycanın tənqidinə cavab verdi: “Belə yazıları tez-tez yaz”
7 aprel 2021
# 13:12

“Seymurun yazısını diqqətlə oxudum. Maraqlı yazıdır. Amma öz fikrini mütləq həqiqətə iddialı görməsi və ədəbi cameəyə elə bu cür də təqdim etməsi mənə bir az xoş gəlmədi.”

Bu sözləri Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanının tərcüməçisi İlqar Əlfioğlu yazıçı Seymur Baycanın həm roman, həm də tərcüməçi haqda yazdığı fikirlərə cavab olaraq bildirib. O deyib:

“Məsələ zövq məsələsi olduğundan, bu qəbil yazılar həmişə polemika doğurur. Amma bir məqamı ona xatırlatmaq istərdim: Salman Rüşdi "Gecəyarısı uşaqları" romanını nə Seymur, nə də başqa bir azərbaycanlı üçün yazıb. O kitab Hindistan və başqa ingilis müstəmləkələri üçün alternativ bədii tarixdir. O, həm də, öz tarixi ilə maraqlananlar üçün faydalı bir örnək ola bilər, hamının bir cür qəbul etdiyi hadisələrə fərqli baxış bucağından yanaşmağı öyrədə bilər.”

İlqar Əlfioğlu daha sonra əlavə edib:

“Bir tərcüməçi kimi, həmin yazıda özüm üçün sevindirici bir məqamı xüsusi vurğulamaq istərdim: "Gecəyarısı uşaqları" romanı "Kulis"dəki bu yazıdan sonra həm Seymuru sayanlar, həm də saymayanlar üçün maraqlı olacaq. Deməli, mən də bir mütərcim kimi məqsədimə çatacam. Belə şeyləri tez-tez yaz, Seymur!”

Xatırladaq ki, Seymur Baycan yazılarının birində Salman Rüşdünün sözü gedən romanını sərt tənqid etmiş, əsəri tənqid edənləri səmimi olmamaqda günahlandırmışdı.

# 4983 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər