Hüseyn Cavidin əsəri yenidən nəşrə hazırlanır

Hüseyn Cavidin əsəri yenidən nəşrə hazırlanır
23 aprel 2020
# 17:51

AMEA Hüseyn Cavidin ev-muzeyi görkəmli şair-dramaturqun “Uçurum” əsərinin çap olunmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirib.

Kulis.az xəbər verir ki, muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı bildirib ki, elmi sessiyanın məqsədi “Uçurum” əsərinin yenidən nəşrə hazırlanmasını müzakirə etməkdir. Pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixi barədə məlumat verən G.Babaxanlı 100 illiyi münasibətilə əsərin ayrıca kitab formasında çap edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Direktor qeyd edib ki, “Uçurum” faciəsinin yazılması və çap edilməsi ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatıb. Mövzusu Türkiyə həyatından götürülmüş bu əsərdə ədib süni avropalaşmanı, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərini əks etdirib. Yüz ildən çox vaxt keçməsinə baxmayaraq, bu mövzuların günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölməzliyinin bariz nümunəsidir.

Sonra çıxış edən muzeyin elmi katibi İlahə Novruzova bildirib ki, əsərin ilk dəfə çap edilməsinin 100 illiyi münasibətilə ədəbi tarixi xronika yazılır. O, xronikanın əsərin yeni nəşr ediləcək kitabına da əlavə olunacağını söyləyib.

# 3640 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər