Gürcü şairinin şeirləri Azərbaycan dilində

Gürcü şairinin şeirləri Azərbaycan dilində
16 mart 2020
# 14:01

Dövlət Tərcümə Mərkəzi tərəfindən tanınmış gürcü şairi, Çariça Tamara ədəbi mükafatı laureatı Bela Keburianın “Sayrışan şəfəqlər” adlı şeirlər toplusu Azərbaycan dilində işıq üzü görüb.

Kitaba şairin “Damlaların diliylə”, “Tanrı”, “Düşünürəm”, “Başlayacaq” kimi 110 şeiri daxil edilib.

Şeirlərin tərcümə və “Ön söz”ünün müəllifi İmir Məmmədli, redaktoru Mahir Qarayevdir.

Kitaba yazılmış “Ön söz”də deyilir: “Bela Keburia rasional biliyə əsaslanan poetik cərəyanın parlaq nümayəndələrindəndir. Başqa sözlə desək, o, ənənəvi gürcü şeirinin sadiq davamçılarındandır. Yəqin, oxucu başa düşdü ki, ənənəvi gürcü şeiri də Azərbaycan şeiri kimi rasional biliyə əsaslanan poetik xəzinədir.

Bela xanım ədəbiyyata ötən əsrin 80-ci illərində gəlib. Həmin dövrdə gürcü poeziyasında 60-cı illərdə başlanan yeni deyim tərzi, yeni forma axtarışı geniş vüsət almışdı. Bu meyil gənclərdə daha güclü idi. Amma Bela Keburia ənənəvi gürcü şeirinə üstünlük verdi, yaradıcılığını ona köklədi və axıra qədər seçiminə sadiq qaldı”. /azertag.az/

# 4586 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər