Göy üzü Allah bənizidi - İbrahimdən yeni şeirlər

Göy üzü Allah bənizidi - İbrahimdən yeni şeirlər
25 may 2021
# 17:01

Kulis.az İbrahim İbrahimlinin şeirlərini təqdim edir.

Dərd var sonrası gələndi,
Dərd var sonrası gəlmiyəndi,
Dərd var ömürdə itəndi,
Dərdsiz buyur gəl.

Ölüm var ömrü bilinəndi,
Ölüm var yaşamda görünəndi,
Ölüm var dünyaya yetəndi,
Ölümsüz buyur gəl.

Məndə var ömür istədiyi,
Məndə var ömür təzəliyi,
Məndə var sevgi sənliyi,
Mənə buyur gəl.

Sevgi var ömrə ömür gətirəndi,
Sevgi var dünya qədərdi,
Sevgi var bu dünyanın kimliyidi,
Sevgi ilə buyur gəl.

Adam var hamını düşünəndi,
Adam var düşüncəsi gözəldi,
Adam var ölümü öləndi,
Adam ilə buyur gəl.

Dünya var hər şeyi bilinməzdi,
Dünya var hər yaşamı möcüzədi,
Dünya var yalnız bir dənədi.
Bu dünya mən nə desəm və
Nə istəsəm edəndi,
Dünya ilə buyur gəl.

***

Görən yaşçamı necədi,
Hər yaşamı bir qərinədi,
Yer üzü Allahın yeridi,
Yer üzü ilə buyur gəl.

Ağ buludlar pəmbədi,
Çox vaxt istədiyimiz kimidi,
Göy üzü Allah bənizidi,
Göy üzü ilə buyur gəl.

Hər yaşamı fərqlidi,
Necəliyi bilinməzdi,
Dünya ömürlərin səsidi,
Dünya ilə buyur gəl.

Kim deyir ki, Allah görünməzdi,
O həm görünən,həm görünməzdi,
O bu dünyanın hər yerindədi.
Hər yerdə hər şey insan deyil,
Allah bilən kimidi,
Allah ilə buyur gəl.

# 2238 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər