Gənc skripkaçılarımız beynəlxalq festivalda mükafata layiq görüldü

Gənc skripkaçılarımız beynəlxalq festivalda mükafata layiq görüldü
3 iyun 2021
# 14:01

Parisdə yaradıcı uşaqlara həsr olunan “The Golden Festival İnternational” (Beynəlxalq Qızıl Festival) keçirilib. Avropa Elm, Mədəniyyət və İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən, Avropada rəsmi beynəlxalq müsabiqə statusuna malik bu yarışmada dünyanın müxtəlif ölkələrindən uşaqlar onlayn iştirak ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, beynəlxalq festivalda Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik musiqi məktəbinin skripka ixtisası üzrə şagirdləri Mədinə Məşədihüseynova Qran-Pri mükafatına və Humay Bayramzadə l yerə layiq görülüb. Hər iki məktəbli müvafiq diplomlarla təltif edilib.

Həmçinin uğurlu işlərinə, şagirdləri və gələcək musiqiçiləri yüksək peşəkarlıqla hazırladıqlarına və məhsuldar əməkdaşlığa görə ixtisas müəllimi N.Ələkbərova və konsertmeyster A.Malxazova münsiflər heyəti tərəfindən “Təşəkkür” diplomları ilə mükafatlandırılıblar.

# 3205 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər