Gəlini gərdəkdə, küçüyü dəməkdə - Seksist atalar sözlərimiz

Gəlini gərdəkdə, küçüyü dəməkdə - Seksist atalar sözlərimiz
11 mart 2020
# 15:06

Kulis.az Azərbaycanın seksist (cinsi ayrı-seçkilik salan) atalar sözlərini təqdim edir.

Arvad evinə girənin qapısı alçaq olar

***

Arvad iki olanda, ev süpürülməmiş qalar

***

Arvad ilə at igidin baxtına

***

Arvad malı alçaq qapı kimidir; bir girəndə başına dəyər, bir çıxanda

***

Arvad malı başa toxmaq kimi dəyər

***

Arvad tutan yolun yönü yoxuşa qalxar

***

Arvaddan, atdan ehtiyatlı dolan

***

Arvad yıxan evi Tanrı da tikə bilməz

***

Arvadağız kişiylə xeyir-kar olmaz

***

Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər

***

Arvadı ahıl gözüylə, atı cahıl gözüylə

***

Alma arvadın dulunu, dalınca gələr qulunu

***

Arsız kişidən ərsiz arvad yaxşıdır

***

Dəyirmançı qızını ərə verdi, arvadını da üstəlik

***

Qız ağacı, qoz ağacı hər yetən bir daş atar

***

Qız alan alana kimi, qız verən ölənə kimi

***

Qız anadan qorxmasa, öyüd almaz

***

Qız qarıyanda dayısının boynuna düşər

***

Qız qızanda tez soyuyar, vay ondan ki, dul qıza

***

Qız yükü - duz yükü

***

Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya zurnaçıya

***

Qızın isməti, atanın dövləti

***

Qızla qızıl gizli gərək

***

Gəlini gərdəkdə, küçüyü dəməkdə

***

Gəlin oldun, dilini çək

***

Gəlin atlandı, ya qismət!

# 12442 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər