Fikrət Qocaya "İstiqlal" ordeni verildi - Sərəncam

Fikrət Qocaya "İstiqlal" ordeni verildi - Sərəncam
24 avqust 2020
# 13:59

Xalq şairi Fikrət Qocaya "İstiqlal" ordeni verilib.

Kulis.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilsin.

Prezident eyni zamanda Xalq şairinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir.

“Hörmətli Fikrət Qoca!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və müvəffəqiyyətlər arzulayıram.

Siz Azərbaycan ədəbiyyatının parlaq ənənələrindən və dünya poeziyasının nailiyyətlərindən məharətlə bəhrələnərək özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın söz sənəti xəzinəsinə layiqli töhfələr bəxş etmisiniz. Qüvvətli yenilik hissinin hakim olduğu, lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin poeziyanız ənənə ilə novatorluğun vəhdətinin təcəssümüdür. Dilimizə sevgi və ehtiramla yaratdığınız poetik nümunələrə bəstələnmiş çox sayda mahnılar bu gün də dillər əzbəridir.

Dünyada baş verən hadisələrə həssas şair yanaşmasının ifadəsinə çevrilən yaradıcılığınız daim dərin ictimai məzmun daşımışdır. Azadlıq və istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamağınız, ədəbiyyatımızın yeni nailiyyətlərlə zənginləşməsinə və müasir ədəbi proseslərin azərbaycançılıq məfkurəsi işığında inkişafına yönəlmiş çoxillik səmərəli fəaliyyətiniz təqdirə layiqdir.

Ümidvaram ki, Siz hələ neçə illər bundan sonra da yeni əsərlərinizlə xalqımıza xidmət göstərəcəksiniz”.

# 3106 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər