Evdə qal və muzeylərə səyahət et

Evdə qal və muzeylərə səyahət et
7 aprel 2020
# 18:25

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha faydalı təşkili məqsədilə növbəti maraqlı layihəyə start veriblər.

“Evdə qal və evdə öyrən” çağırışı ilə Bakıda yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların evdə qalarkən vaxtlarını daha səmərəli və maraqlı keçirməsini, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasını ehtiva edir.

Təşəbbüs çərçivəsində ilk virtual tur Heydər Əliyev Mərkəzində yerləşən muzeyə təşkil edilib.

Virtual tur zamanı seyrçilərə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən və dövlətçilik tariximizin mühüm nümunələri olan eksponatlar, videomateriallar, fotoşəkillər və sənədlər nümayiş etdirilib.

Azərbaycanın bir sıra aparıcı muzeylərini əhatə edəcək layihə vətəndaşların və xüsusilə də gənclərin mənəvi cəhətdən zənginləşməsinə, fərdi inkişafına və biliklərini artırmasına xidmət edəcək. /azertag.az/

# 3910 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər