Dünyada muzeylərin 13 faizi bağlana bilər

Dünyada muzeylərin 13 faizi bağlana bilər
20 may 2020
# 10:46

Koronavirus pandemiyasına görə dünyada muzeylərin 90 faizi öz qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qalıb. Bununla belə, pandemiyadan sonra muzeylərin yalnız 13 faizi açılmaya bilər.

Kulis.az xəbər verir ki, bu barədə UNESKO-nun rəsmi saytı məlumat yayıb.

“Cəmiyyətin möhkəmliyini təmin etməkdə muzeylər böyük rol oynayır. Biz onlara böhrandan çıxmağa, auditoriya ilə ünsiyyətini davam etdirməyə köməklik göstərməliyik” - deyə, UNESCO-nun Baş direktoru Odre Azule bildirib.

Məlumatda qeyd olunub ki, pandemiyanın müxtəlif dövrlərində 85 mindən çox muzey öz fəaliyyətini dayandırmalı olub. Afrika və inkişafda olan ölkələr öz kontentinin yalnız 5 faizini onlayn formatda nümayiş etdirə bilib. “Pandemiya bizə həm də dünya cəmiyyətinin demək olar ki, yarısının internetə girişə malik olduğunu göstərdi. Biz hər kəs üçün, xüsusilə də təcrid olunmuşlar arasında mədəniyyətin təbliği istiqamətində işlər görməliyik”, - deyə Odre Azule əlavə edib.

UNESKO və Beynəlxalq Muzeylər Şurasının (ICOM) birgə tədqiqatları nəticəsində məlum olub ki, öz ziyarətçilərini itirən mədəniyyət ocaqları gəlirlərin azalması təhlükəsi ilə üzləşə bilər. Nəticə etibarilə bu sektorda çalışan insanlar əziyyət çəkəcək.

“Muzey sənayesi dövlətin və özəl strukturların dəstəyi olmadan mövcud ola bilməz. Bu mədəniyyət ocaqlarına yardım etmək üçün vəsait axınını təmin etmək və mütəxəssisləri qorumaq vacibdir”, - deyə İCOM-un prezidenti Suay Aksoy bildirib./azertag.az/

# 3322 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər