Doğranıb zibilliyə atılan qadın və bizim feministlər

Doğranıb zibilliyə atılan qadın və bizim feministlər
2 fevral 2021
# 10:30

Ötən həftə şəhər zibilliklərinin birində doğranıb sellofanlara doldurulmuş qadın cəsədi tapıldı.

Xəbəri oxuyarkən məişətdən, mətbəxdən kənara çıxa bilməyən Azərbaycan qadınının faciəvi taleyini düşündüm.

Bütün həyatı ev işləri, mətbəx biş-düşü ilə çərçivələnən, evdən çölə daha çox zibil atmağa çıxa bilən Azərbaycan qadınının cəsədini elə zibilxanadan, doğranıb torbaya yığılmış vəziyyətdə tapırlar. Bəzən bu cür həyat yaşayan qadınların taleyi də belə acınacaqlı sonluqla nəticələnir. Sanki onların qətli də yaşamı ilə eynidir.

Çox kədərli mənzərədir!

Bu cür cinayətlərə qarşı ictimai qınaq, insanlar tərəfindən ciddi reaksiya vacibdir. Təkcə qadınlar yox, kişilər də bu cür hadisələrə etirazlarını bildirməlidir.

Belə hadisələrdən sonra cəmiyyət bir bütün olaraq hərəkətə gəlməlidir. Söhbət təbii ki, vəziyyəti daha da qəlizləşdirən etiraz aksiyalarından və söyüşlərdən getmir.

Öldürüləndə, ya da öldürəndə günah axtarmaq, qınamaq, söymək, ən uzağı hansısa verilişdə müzakirəyə çıxarıb şou yaratmaq, reytinq qazanmağa çalışmaqla belə problemləri həll etmək olmaz.

Məsələn, Avropada belə hadisələr yaşananda insanlar ən azı sosial şəbəkələrdə sivil aksiyalar keçirərək etiraz edirlər. Bu etirazlarla həm məsələyə münasibətlərini bildirirlər, həm də belə halların təkrarlanmasının qarşısına keçməyə çalışırlar.

Amma nədənsə biz bu hadisəyə lazımi formada reaksiya verə bilmədik.

Gözlədim ki, heç olmasa bizim feministlər nəsə bir ciddi reaksiya göstərər, dediyim kimi, heç olmasa sosial şəbəkələrdə bu hadisəni gündəmdə saxlamağa çalışarlar, necəsə bir sosial aksiya edərlər. Amma olmadı...

Niyə?

Məsələ siyasi deyil deyəmi?

Bizim qanunvericilikdə qadın hüquqları ilə bağlı boşluq yoxdu. Boşluğu cəmiyyətdə axtarmaq və ən əsası həll etməyə çalışmaq lazımdır.

Bizdə nədənsə feminist adı altında hərəkət edən fəalların belə bir məqsədini görmürük.

Hər fürsətdə boşanmağı təbliğ etməkdənsə iki cins arasındakı problemlərin necə həll oluna biləcəyindən danışmaq, qadınları və elə kişiləri də maarifləndirmək daha məqsədəuyğun deyilmi?

Axı bizim feministlər niyə qadınlar və kişilər arasındakı münasibəti müzakirə etmək əvəzinə onları biri-birinə düşmən etməyə çalışır? Bu, kimə nə qazandıracaq?

Aiddiyyatı qurum və təşkilatların iştirakı ilə insanları maarifləndirmək, ən azı öz hüquqlarından xəbərdar olmayan qadınlara nəyin nə olduğunu başa salmaq çox faydalı olardı.

Atasından, qardaşından, yoldaşından, sevgilisindən travma almış xanımların istəyi çox zaman qadın hüquqlarını qorumaqdan daha çox, kişilərdən qisas almağa yönəlir.

Bu isə problemi həll etməkdin çox daha da alovlandırır deyə düşünürəm.

Bütün izmlər kimi feminizmin də ideyalarının Azərbaycanda praktiki tətbiqi özəl yanaşma tələb edir. Bu, çox həssas və mürəkkəb məslədir. Nə yazıq ki, qadın qətlləri və zorakılığın aradan qaldırılmasının bundan başqa yolu da yoxdur.

# 3421 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər