Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir

Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
17 oktyabr 2020
# 14:36

Kulis.az Elşən Mehdinin "Bir kəndimiz var idi" şeirini təqdim edir. Qeyd edək ki, Elşən Mehdi Füzuli rayonundandır. Bu gün Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad edib. Şeir 2018-ci ildə yazılıb.

Bizim bir kəndimiz varıydı orda
Dağlar buludlardan uca olardı.
Yoldaşı döyüşdə ölən qadınlar
İyirmi beş yaşında qoca olardı.

Nənələr varıydı ağzı dualı
Yaylığı gül qoxan üzləri nurlu.
Dərdi məzaracan özüylə gedən
Nənələr varıydı kişi qürurlu.

Babalar yarıtmaz nəvələrinə
Kəndin dəlisini misal çəkirdi.
Kişilər atlara qamçı vururdu
Qadınlar belinə sığal çəkirdi.

O kənddə mollalar arıq olardı
Falçılar həmişə ümid verərdi
Xəstəyə həkimlər baxardı ancaq
Hamının şəfasın "seyid" verərdi.

İndi nə o kənd var, nə o adamlar
Babam da səngərdən o yanda qaldı
Dünyayla axirət sərhədi ruhun
Erməni sərhədi məzarın aldı.

# 4460 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər