Çernobıl qurbanı seriala etiraz etdi

Çernobıl qurbanı seriala etiraz etdi
25 noyabr 2019
# 11:03

Çernobıl hadisələrinin qəhrəmanı, partlayış zamanı şüalanmaya məruz qalaraq həyatını itirmiş yanğınsöndürənin dul xanımı baş verən qəza və çəkilən serialla bağlı fikirlərini bildirib.

Kulis.az rus saytlarına istinadən xəbər verir ki, bu ilin yazında yazıçı Svetlana Alekseyeviçin “Çernobıl duası” kitabı əsasında ekranlaşdırılmış “Çernobıl” serialının canlı qəhrəmanlarından biri Çernobıl Atom Elektrik Stansiyasındakı yanğınsöndürmə briqadasının ilk üzvü Vasili İqnatenkonun dul xanımı Lyudmila İqnatenko serialla bağlı iradlarını bildirib.

“Mənim haqqımda filmin çəkilməsini televiziya kanallarında gedən reklamlardan bildim. Jurnalistlər qapımı döyüb açıqlama istəyəndə hər şeydən xəbərsiz idim. Məlumatım olmayan film barədə nə danışa bilərdim? Həddindən artılq sarsılmışdım. Film ekranlara çıxandan sonra telefon zənglərindən bir dəqiqə belə rahat vaxtım olmadı. Məcbur olub Kiyevdəki evimə köçməli oldum. Film çəkiləndən sonra xəbər tutmağım mənim üçün çox dözülməz və ağır idi. Niyə onlar mənimlə söhbət etmədilər, məndən heç nə soruşmadılar? Bu hadisələrdə zərər görmüş biri kimi insan olaraq məni heç nəyə hazırlamadılar? Bütün bunlar mənə çox pis təsir etdi.

Gallery

Lyudmila İqnatenkonun fikirlərinə görə o, başına gələnlərin Alekseyeviçin kitabında bəhs olunmasına da razı olmayıb. Ondan sadəcə olaraq fikirlərini bölüşmək, bəzi məsələlərə aydınlıq gətirmək istənilib. O, da Alekseyeviçlə görüşüb, söhbət edib. Lakin, sonradan məlum olub ki, onun səsləndirdiyi fikirlər həm də serialın çəkilişlərində material kimi istifadə olunub.

“Əlbəttə filmdə Vasya ilə mənim aramda baş verən bəzi məsələlər həqiqətə yaxındır. Mən düşünürdüm ki, o, şüalanmadan sonra əsəbi olacaq, saçları töküləcək. Hətta biz bu barədə onunla zarafatlaşırdıq da. Ancaq mən filmə baxandan sonra çox sarsıldım. Oradakı bir çox kadrlar və əhvalatlar təhrif edilmişdi. Bu ədalətsizlik və böyük yalan idi. Filmdə göstərilir ki Vasya xəstəxanda yatan zaman qışqırır, isterika keçirir. Ancaq o, səbrli və sakit idi. Onda heç bir isterik əlamətlər yox idi. Biz gənc və şən idik. Baş verəcək hansısa pis hadisələr haqqında düşünmürdük. ”

Serialdan da məlum olduğu kimi Lyudmila hadisələr baş verən zaman hamilə olub. Ancaq həkimlərin bildirişinə baxmayaraq o son ana qədər həyat yoldaşını tək buraxmır.

“Mən hamilə olduğumu bilə-bilə ərimin yanında oldum. Axı siz özünüz deyin, mən öz ərimi necə tərk edə bilərdim? Mən ekologiyanın, radiasiyanın nə olduğunu bilmirdim. Hesab edirdim ki, uşağım daxilən qorunur.”

# 3538 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər