Bu yazı fikrinizi mütləq dəyişdirəcək

Bu yazı fikrinizi mütləq dəyişdirəcək
15 aprel 2020
# 21:00

Kulis.az sizin həyatınızı dəyişdirə biləcək bir pritça təqdim edir.

Professor əlinə su dolu stəkanı götürüb tələbələrdən soruşdu:

- Siz necə düşünürsünüz, bu stəkanın ağırlığı nə qədərdir?

Zaldan müxtəlif cavablar eşidildi:

- Təxminən 200 qram!

- Yox, 300 qram!

- Bəlkə də 500 qram.

Professor dedi:

- Mən özüm də dəqiq bilmirəm. Çəkməmişəm deyə bilmərəm. Amma indi əsas məsələ bu deyil. Mənim sualım başqadır: mən bu stəkanı bir neçə dəqiqə əlimdə tutsam, nə baş verəcək?

- Heç nə! – tələbələr dedi.

- Doğrudur! – professor davam elədi. Bəs bu stəkanı əlimdə 2 saat tutsam, o zaman nə olar?

- Əliniz ağrımağa başlayacaq.

- Bəs bütün gün?

- Əliniz keyiyəcək. Əzələlərinizdə ağrılar olacaq. Hətta xəstəxanaya da düşə bilərsiniz.

Professor davam elədi:

- Bəs sizcə mən onu bütün günü əlimdə tutsam, stəkanın ağırlığı azalacaqmı?

- Xeyr! – tələbələr əminliklə cavab verdilər.

- Bəs bütün bu problemi həll etmək üçün nə etmək lazımdı?

- Sadəcə stəkanı masanın üstünə qoyun. – tələbələrdən biri gülə-gülə dedi.

- Dəqiq! – sevincək professor cavab verdi. – Bax həyatdakı çətinliklərlə də belə davranmaq lazımdır. Bir problem haqda bir neçə dəqiqə düşün və artıq o problem sənlədir. Onun haqda bir neçə saat düşün, o sənə hopmağa başlayacaq. Sən o problem haqda bütün günü düşünsən, onda səni iflic edəcək. Problem haqda düşünmək olar, amma bu onun həll edilməyinə gətirib çıxarmayacaq. Onun “çəkisi” azalmayacaq. Problemin həlli ancaq hərəkətlə mümkün olur. Ya onu həll et, ya da təxirə sal. Səni iflic edəcək ağır daşı ürəyində daşımağa ehtiyac yoxdur.

Mənbə: fit4brain.com

# 9893 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər