Biz kasıbları taksisiz qoymayın!

Biz kasıbları taksisiz qoymayın!
4 sentyabr 2020
# 10:54

Bir müddət idi ki, ölkə gündəmi sükutunu qoruyurdu. Nə vaxtdır, sevimli xalqımızın əlinə mövzu düşmürdü. Karantindən darıxan insanlar üçün gündəm göydəndüşmə oldu. Növbəti abzasa diqqət...

Bu günlərdə Bakı Nəqliyyat Agentliyi açıqlama verdi ki, bəs taksi qiymətləri çox ucuzdur, insanlar metrodan, avtobusdan istifadə etmir. Hətta 1 manatlıq taksilərin belə ləğv edilməsini təklif etdi.

Sosial şəbəkələrdə aləm bir-birinə qarışmazmı? İnsanlar BNA-ya od püskürür, verdikləri açıqlamanı absurd, gülünc hesab edir. Hamı bir nəfər kimi bu fikirlərə etirazını bildirir. Kiminsə bu fikirlərlə razılaşdığını görmədik, görə də bilmərik.

Kasıblar taksiylə gedə bilməz? Bu nə deməkdir? Pandemiya dövrüdür. Metro bağlı, avtobuslarda da basabas. Bəs, biz 1 manatlıq taksilərə də minməyək? Evimizə, işimizə pay-piyada gedək?

Şəxsən mən axşam evə gedəndə manatlıq taksilərdən istifadə edirəm. Həm rahat mənzilimə çatıram, həm də tez. Taksi sürücüləri üçün də yaxşıdır, müştərilər üçün də. İki tərəf də razıdır.

Dünyanın əksər ölkələrində iş çıxışlarında tıxac, qələbəlik olur. Bakıda da işdən sonra evə getmək üçün dağ-dərə aşasan gərək. Tıxac bir yandan, avtobusların basabası bir yandan, siqnal verəni, dalaşanı və ilaxır. Və bütün bu qarmaqarışıqlıqda manatlıq taksilər də ləğv olunsun.

Bunu necə izah edəsən?

Evlərimizə gecənin bir aləmi çataq?

Ömrümüz iş və yollardan ibarət olsun?

“20 Yanvar”, “Koroğlu”, “Əhmədli” metrolarının çıxışındakı o səsləri yoxa çıxarmayın: "Manatdan... Manatdan..."

Bu insanların o sözlərə ehtiyacı var.

Tələsəni, işə gecikəni var.

Ucuz taksilər hər zaman əlverişlidir.

İndi bu qərardan sonra o səs-küy yoxa çıxacaq, taksi sürücüləri yağlı əppək olub göyə çəkiləcək. Yazıqlar əvvəllər şadlıq saraylarının qarşısında gözləyirdilər ki, bəlkə, bir müştəri tapa, evinə çörək apara.

Toy da yox, bir manatlıq taksi də.

Taksi sürücüsü nə etsin?

Məncə, BNA bunu düşünsün.

Xahiş edirik, biz kasıbları taksisiz qoymayın!

# 6367 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər