Biseksual olduğunu açıqlayan Səmra: "36 kiloya düşmüşdüm, şiş əmələ gəlmişdi..."

Biseksual olduğunu açıqlayan Səmra: "36 kiloya düşmüşdüm, şiş əmələ gəlmişdi..."
20 avqust 2021
# 11:09

Modelyer Səmra Hüseynova keçirdiyi ağır xəstəlikdən danışıb.

Kulis.az xəbər verir ki, o, Sindrom Kilina (nevroz anoreksia tiroid) xəstəliyi keçirib. Modelyer bildirib ki, bu xəstəliyə səbəb dietalar və travmalar olub.

"Məndə hər ikisi var idi, həm işimlə bağlı, həm də aldığım travmalar. Bu xətəlik period ortaya çıxan aqressiya ilə müşayət olunur. Ac qalırsan , serotonin düşür. Bütün vitaminlər, D vitamini də daxil. D vitaminin düşüklüyü depressiya gətirir. TSH tiroid hormonu düşür. Boğazımda böyük şiş əmələ gəldi. Çəkim 36-ya düşdü. Və mən gəzə bilmirdim. Həkimlər çarə axtarırdı. Qanımda hədsiz leykositlər onkologiya şübhəsi yaratdı və ürəydə kiçilmə, ərimə oldu. Su içə bilmirdim, boğazımda şiş udqunamağa qoymurdu.

Səmra Hüseynova onu da qeyd edib ki, hətta bəzi adamlar onunla halallaşmağa gəlirmiş:

"Bağışlamadım. Çünki ruhumu çökdürən nə idi, bilirdim. Yanıma gələnlər mənim hayımda yox, öz haylarında, əylənməklərində idi, təbii gəlməyənlər də var idi. Bu xəstəlikdə umduğun tək şey sevgidir. 2 ay yataqda hərəkətsiz qalmaq… Bir dostum mənə hər gün ayaqqabı alırdı ki, bax, sağalsan bunu geyinib gəzəcəksən… Yəni ummadıqlarım sevgilə məni sağaltdı. Bu xəstəlikdə dərman çarəsizdi. Ətrafınızda elə birisi varsa, basqı etməyin".

Qeyd edək ki, Səmra Hüseynova bir müddət əvvəl biseksual olduğunu etiraf etmişdi.

# 5402 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər