Bir fotonun dedikləri

Bir fotonun dedikləri
14 aprel 2020
# 11:30

Koronavirusdan qorunun, evdə qalın, tez-tez əllərinizi yuyun, immun sisteminizi yüksəs saxlayın kimi tövsiyələr veririk bir-birimizə. Bu günlərdə spirt və sabun çörəkdən də yaxındı bizə. Karantin günlərində evlərimizdə oturub işıqlı günlərin gəlməsini dörd gözlə gözləyirik.

Bu ağır günlərin qəhrəmanlarını unuduruq amma. Həkimlər. Onlar virusla burun-buruna, diz-dizə, nəfəs-nəfəsə mübarizə aparırlar.

Ötən günlərdə sosial şəbəkələrdə qadın həkimin fotosu yayıldı. Fotodan elə görünür ki, qadın bu saat yanğından çıxıb. Üzündəki izlər, qızartılar, şişlər, göyərmələr, gözlərindəki donuqluq onun necə ağır günlər keçirdiyindən xəbər verirdi. Onlar evlərinə də gedə bilmir. Dövlət həkimlərə otellər ayırıb. Evə getmələri ailə üzvləri üçün risklidir. Ona görə də bütün günləri virusa yoluxmuş xəstələrlə keçir.

Təsəvvür edin, hər an, hər saat xəstələrlə üzləşirsən, dəqiqədə bir əl yuyursan, spirtlənirsən, üzündə maska, əynində qoruyucu tibbi geyim...

Bilmədiyimiz başqa əzab-əziyyət dolu detallar...

Həkimlərimizi unutmayaq, onların bu günlərdə fədakarcasına savaşmağı elə cəbhədə döyüşən əsgərlərin mübarizəsi kimidir.

Dünya tarixinə nəzər salsaq, öz həyatlarından, sevdiklərindən vaz keçərək, özlərini insan sağlığına fəda edən çoxlu adsız qəhrəmanlarla rastlaşarıq.

Onlar müharibədə, lampa işığında ölkəsi, milləti üçün yaralanan əsgərlərin yaralarını sağaltmaq üçün çalışarlar. İndi də elə deyilmi? Virusa tutulan adamları sağaltmaq üçün əllərindən gələni etmirlərmi? Bəhs etdiyim foto bunun əyani sübutudur.

Bütün bəşəriyyət bu gün bu cür həkimlərə, tibbə minnətdar olmalıdır.

# 6121 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər