Beynəlxalq müsabiqədə şəhidlərimiz yad edildi - Ukraynada

Beynəlxalq müsabiqədə şəhidlərimiz yad edildi - Ukraynada
4 dekabr 2020
# 20:05

Dekabrın 4-də Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunan III Beynəlxalq Vokalistlər Müsabiqəsinin final mərhələsindən öncə mətbuat konfransı keçirilib.

Kulis.az xəbər verir ki, mətbuat konfransında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova xarici ölkə səfirliklərinin nümayəndələri, Truskavets şəhər meriyasının rəhbərliyi, münsiflər heyətinin üzvləri, KİV təmsilçiləri iştirak ediblər.

Mətbuat konfransı Azərbaycanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov bildirib ki, bu cür müsabiqələrin keçirilməsi yeni istedadların üzə çıxarılması üçün önəmlidir. Müslüm Maqomayevin sənəti, istedadı sərhəd tanımadığı üçün onun işığına yığışanlar qürur hissi ilə beynəlxalq tədbirlərdə iştirak edirlər. Bu müsabiqədə çox istedadlı vokalistlər iştirak edirlər.

Truskavets şəhərinin meri Andrey Kulçinski deyib ki, M.Maqomayev təkcə Azərbaycanın deyil, bütün dünyanın sevdiyi sənətkardır. Merin sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birgə uğurlu layihələr həyata keçirilir. Beynəlxalq vokalistlər müsabiqəsi artıq ənənə halını alıb və gələcəkdə bu cür müsabiqələrin keçirilməsi üçün dəstək göstəriləcək.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova vurğulayıb ki, səfirlik hər zaman mədəni layihələrə dəstək göstərib: “Bu cür tədbirlərin keçirilməsi xalqlar arasında dostluğu daha da möhkəmləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü praqmatik siyasət nəticəsində ölkəmiz dünyanın mədəniyyət beşiyinə çevrilib. Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşdiyindən, milli mədəniyyətimiz hər iki tərəfin mədəniyyət elementlərini özündə birləşdirib. Ona görə də Azərbaycan mədəniyyətinin dünyada qəbul edilməsi, xüsusilə Şərq və Qərb ölkələrinin bizim mədəniyyət və incəsənətimizə maraq göstərməsi təsadüfi deyil”, - deyə səfir əlavə edib.

Beynəlxalq müsabiqənin keçirilməsinə Ukraynanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, səfirliyimiz, Truskavets meriyası, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi, SOCAR və digər təşkilatlar da dəstək verirlər.

# 2714 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər