Bakılı rejissorun Oskar alan filminin 40 yaşı olur

Bakılı rejissorun Oskar alan filminin 40 yaşı olur
11 fevral 2020
# 17:52

Vladimir Menşovun məşhur “Moskva göz yaşlarına inanmır” filminin premyerasından düz 40 il ötür.

Kulis.az xəbər verir ki, “Moskva göz yaşlarına inanmır” filmi 1980-ci il fevralın 11-də prokata çıxıb. Valentin Çyornıxın “İki dəfə yalan danışmış qadın” adlı ssenarisi əsasında çəkilmiş film 1981-ci ildə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına və SSRİ Dövlət mükafatına layiq görülüb.

Vladimir Menşovun dediyinə görə, melodrama janrında olan bu ssenaridən əvvəlcə imtina etmək istəyib, lakin ssenaridə baş qəhrəmanın zəngli saatı quraraq yatağa uzanması və 20 ildən sonra zəngin səsinə yuxudan oyanması məqamı ona çox maraqlı gəlib. V.Menşov sonralar etiraf edib ki, gələcək filmdə onun üçün və xanımı, baş rolun ifaçısı Vera Alenteva üçün müəyyən avtobioqrafik notlar olub. Belə ki, filmin qəhrəmanları kimi, onlar da yataqxana həyatı yaşayıblar və Moskvanı fəth ediblər.

Vladimir Menşov Bakıda anadan olub. O, Rusiyanın Xalq artisti, tamaşaçılar tərəfindən çox sevilən bir çox filmlərin, o cümlədən “Məhəbbət və göyərçinlər”, “Şirli-mırli” və s. filmlərin rejissorudur./azertag.az/

# 4406 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər