Bakıda Rusiyanın Əməkdar artisti ilə görüş keçirildi - Fotolar

 Bakıda Rusiyanın Əməkdar artisti ilə görüş keçirildi - Fotolar
12 fevral 2020
# 16:42

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış skripkaçı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin tələbəsi, Rusiyanın Əməkdar artisti, Moskva, Sibir və İsrail skripkaçılar ansambllarının yaradıcısı və bədii rəhbəri Mixail Parxomovski ilə görüş keçirilib.

Mədəniyyət Nazirliyinidən Kulis.az-a verilən məlumata görə, görüşdə M.İ.Parxomovski Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Azərbaycan bəstəkarları - Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Oqtay Kazımov, dünya bəstəkarları – İ.S.Bax, İ.Brams, G. Hendel, V. A. Motsart, P.İ.Çaykovski, N. Rimski-Korsakov, S.Raxmaninov və başqa bəstəkarların əsərlərinin skripkaçılar ansamblı üçün özünün müəllif işləmələrini (Ümumilikdə : 232 partitura), foto, qramval və disk hədiyyə edib.

M.İ.Parmoxovski Bakıya gəlməsində və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etmə fikrinin reallaşmasında göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayevə, böyük dostu, bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Fərəc Qarayevə öz dərin təşəkkürünü bildirib.

Görüşün bədii hissəsində Azərbaycan Dövlət Simli Kvarteti və Bakı Musiqi Akademiyasının “Detaşe” Violinoçular Ansamblının (Bədii rəhbər - Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra Quliyeva) ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

# 3888 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər