Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib

Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
22 iyun 2021
# 19:30

İyunun 22-də Estoniya Musiqi və Teatr Akademiyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə onlayn canlı bağlantı və konsert keçirilib.

Xalq artisti, professor Yeganə Axundova prezident İlham Əliyevin 2021-ci il 26 may tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzaladığını və bu münasibətlə artıq bir çox silsilə tədbirlərin keçirildiyini və davamlı olacağını bildirib.

Sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İlja çıxış ediblər. Hər iki rektor Estoniya və Azərbaycanın dost ölkələr olaraq daim bir-birinin mədəniyyətinə hörmətlə yanaşdıqlarını vurğulayıblar. Professor İvari İlja həmçinin Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca Akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd edib.

F.Bədəlbəyli də ilk öncə xoş sözlərə və təbriklərə görə Estoniya Musiqi və Teatr Akademiyasının rektoru və bütün kollektivinə dərin təşəkkürlərini bildirdi. F.Bədəlbəyli öz növbəsində İvari İljanın istedadlı bir ifaçı olmasını təqdir edərək həmkarını Azərbaycana dəvət edib.

Ardınca Estoniya Musiqi və Teatr Akademiyasının və BMA-nın tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.

# 3859 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər