Azərbaycanlı rejissorun layihəsi beynəlxalq arenada

Azərbaycanlı rejissorun layihəsi beynəlxalq arenada
4 iyun 2021
# 14:38

Azərbaycanlı rejissor, ssenarist Asif Rüstəmovun layihəsi "Roskino" tərəfindən seçilib.

Kulis.az xəbər verir ki, "Mərmər soyuğ" adlı filmi Rusiya və dünyanın bir çox ölkələrindən təqdim olunan filmlər arasından fərqləndirilib.

8-10 iyun tarixlərində rəqəmsal formatda təşkil ediləcək tədbirdə səkkiz fərqli ölkədən 17-si Rusiyadan olmaqla 26 ekran əsəri birgə istehsal sahəsindəki pitçinqdə iştirak edəcək. Tədbir çərçivəsində müəlliflər, rusiyalı prodüserlər ilə görüşə və birgə istehsal dəstəyi olan 10 milyon rubl (136,600 dollar) məbləği almaq şansına sahib olacaqlar.

Məlumat üçün qeyd edək ki, “Mərmər soyuğu” filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və Fransanın “Arizona Productions” şirkətinin birgə istehsala qoşulması ilə ərsəyə gəlib. Film daha öncə “A” dərəcəli Tallin və Sofia Beynəlxalq Film Festivallarının layihə marketi platformalarına seçilib və pitçinqlərdə iştirak edib. Seçilən 26 layihə "Roskino"nun, Rusiya Mədəniyyət Nazirliyinin və prodüserlərin dəstəyini qazanacaq.

Qeyd edək ki, Asif Rüstəmov "Ev", "Axınla aşağı" filmlərinin müəllifidir. Ssenarist kimi bir neçə məşhur filmimizdə imzası var.

# 3265 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər