Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
9 iyul 2020
# 18:37

Almaniyanın “Lambert” nəşriyyatı AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru İslam Sadığın “Şumer və türk dastanları” kitabını Avropa xalqlarının səkkiz dilində – ingilis, fransız, alman, italyan, ispan, dan, polyak, portuqal və rus dillərində nəşr etdirir.

Bu barədə AMEA-dan Kulis.az-a məlumat verilib. Bildirilib ki, Azərbaycanda şumerşünaslığın bir elm kimi yaradılıb formalaşmasında böyük əməyi olan İslam Sadığın “Şumer və türk dastanları” kitabında onun bu sahədəki araşdırmalarının az bir qismi toplanılıb. Nəşrdə əsasən Şumer və türk dastanları müqayisəli şəkildə araşdırılıb, çoxlu sayda oxşar motivlər üzə çıxarılıb.

Şumer və türk dastanlarının müqayisəli təhlilinə həsr edilmiş ilk sanballı tədqiqat işi olan bu monoqrafiyanın Avropada 8 dildə nəşr olunması Azərbaycan elminin və bütövlükdə türkologiyanın uğurudur.

Xatırladaq ki, İ.Sadığın “Şumer və türk dastanları” kitabı ötən il Türkiyədə nəşr olunub

# 3416 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər